Paytaxtın Xətai rayonunda yerləşən 25 nömrəli tam ümumtəhsil məktəbinin müəllimləri məktəbin ləğv edilməsi xəbərinə etiraz olaraq Elm və Təhsil Nazirliyinin (ETN) qarşısına toplaşıblar.
KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, müəllimlərin bildirdiyinə görə, əvvəlcə onların direktoru işdən çıxarılıb, yerinə isə yaxınlıqda yerləşən humanitar liseyin direktoru müvəqqəti təyin edilib. Sentyabr ayından etibarən isə müəllimlərə məktəbin humanitar liseyə birləşdirildiyi bildirilib.
Müəllimələr iddia edirlər ki, hazırda onlara öz xahişləri ilə işdən çıxmaq ərizəsi yazdırılır. Onlara humanitar liseydə yeni işlə təmin olunacaqları vədi verilsə də, müəllimlər bu vədlə bağlı ciddi tərəddüdlər yaşayırlar.
Məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov aydınlıq gətirib. O, 25 nömrəli məktəbin humanitar fənnlər təmayüllü liseylə birləşdirilməsinin təhsilin daha səmərəli təşkili və məktəb idarəetməsinin yüksəldilməsi məqsədi daşıdığını bildirib.
Bəşarət Məmmədov eyni zamanda müəllimlərin işdən azad olunması ilə bağlı ərizə yazdırılması məsələsinə də aydınlıq gətirildiyini qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: