Bakıda mənzildən kişi meyiti tapıldıbackend

Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda 75 yaşlı kişi evində ölü tapılıb.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədov Rüstəm Qaraş oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*