Bakıda məşhur restoranın qarşısında “bazar” açıblar: İkinci cərgə və yolayrıcında PARKLANMAbackend

Bakıda məşhur restoranın qarşısında "bazar" açıblar: İkinci cərgə və yolayrıcında PARKLANMA

Bakıda sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozurlar.

KONKRET.az xəbər verir ki, söhbət paytaxtın Mirzəağa Əliyev küçəsindən gedir.

Belə ki, əvvəllər orada dayanma-durmanı qadağan edən nişan var idi. Lakin həmin nişan hansısa səbəbdən oradan götürüldü. Hazırda “Shaurma N1” restoranına gələn müştərilər avtomobillərini necə gəldi park edərək hərəkətə mane olurlar. Fotoşəkildən də aydın görünür ki, avtomobillər ikinci cərgədə, hətta yolayrıcında parklanıb. Axşam saatlarında həmin restorana gələn müştərilərin sayı daha çox olduğundan yolda nizamsız şəkildə park edilən avtomobillər hərəkəti çətinləşdirir.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi həmin ərazidə nəzarəti gücləndirəcək, qayda pozan sürücülər mütəmadi şəkildə məsuliyyətə cəlb ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*