Bakıda məşhur supermarketdə dava – VİDEObackend

Bakıda məşhur supermarketdə dava - VİDEO

Bakıda “Bolmart” supermarketlər şəbəkəsindən birində dava olub.

KONKRET.az xəbər verir ki, hadisə “28 May” metro stansiyası ərazisində yerləşən mağazada yaşanıb.

Mühafizəçi ilə müştəri arasında baş verən insidentə oğurluq hadisəsinin səbəb olduğu bildirilir.

Tərəflər arasındakı əlbəyaxadan sonra əraziyə polis əməkdaşları gəlib. Onların müdaxiləsi ilə münaqişə bitib.

Faktla bağlı araşdırılma aparılır.

Müşviq Tofiqoğlu.
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*