Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı ilə məşğul olan 1989-cu il təvəllüdlü Fariz Quliyevin (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
KONKRET.az-ın məlumatına görə, məhkəmədə narkotik satışı ilə məşğul olan şəxsin vatsap yazışmaları da sübut kimi təqdim olunub.
Fariz Quliyevə narkotik üçün müraciət edənlərdən bir neçəsinin mesajını təqdim edirik:
– Qaqa, nəsə var? Zəng vurmağa utandım. Yanımda pullu uşaq var idi, o da getdi.
–
– Fariz “lomka”dan donuruq, alınmırsa, pulu qaytar, camaatı yola salım getsin.
– Fariz, cavab ver, qaqa, hörmətsizlik edilir burada. Ağrıdan ölürəm, pul tapmağa halım yoxdur.
–
– Fariz, mənim küçədə yaşadığımı, pulu nə zülmlə tapdığımı görüb pulumu apardım. Mənə əl at, “lomka”dayam.
–
– 10 manatagörə belə eləməyin düzgün deyil. Məni bu vəziyyətdə qoymağın…
–
– Əlimdə “tema” da oldu, mənim pulumu vermədin.
–
– Ölürəm, qaqa, artıq hərəkət etməyə gücüm çatmır.
–
– Qaqa, əgər imkan olsa, mənə bir dənə ondan saxlayarsan.
–
– Fariz, qadanalım, mənə bir söz de, çox pis haldayam.
–
– Qaqa, yolun içində qalmışam. Allah uzaq eləsin, tutularam. “İçəri”dən yeni çıxmışam.
Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, F.Quliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az
