Bakıda orta aylıq əməkhaqqı ARTDIbackend

Bakıda orta aylıq əməkhaqqı ARTDI

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat olub.

KONKRET.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur.

Xatırladaq ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*