Bakıda qamışlıq ərazidə baş verən yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakıda qamışlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhərinin Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

14:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*