Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində su borusu partlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat baku.ws-in “qaynar xətti”nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hadisə nəticəsində içməli su yola axır.
“Təmiz suyun yola axıb israf olması bir dərd, yolda yaranmış süni gölməçə başqa dərd… Borudan axan su həm piyadaların, həm də avtomobillərin hərəkətinə çətinlik yaradır. Çox istərdik ki, tez zamanda boru təmir edilsin, problem aradan qaldırılsın”.
Sözügedən görüntüləri təqdim edirik: