backend

Bakıda toydan gələn gənc evində ölüb - Zəhərləndiyi deyilir

Bakıda ölüm hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayon sakini, 1990-cı il təvəllüdlü Hacıyev Vüqar İlqar oğlu gecə saatlarında yaşadığı ünvanda vəfat edib.

V. Hacıyevin meyitinin müayinəsi zamanı onun zəhərlənmədən öldüyü məlum olub. Yaxınlarının dediklərinə görə, V. Hacıyev dünən toyda olub və orada zəhərləndiyini istisna etmirlər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*