Bakıda xəstəxanada saxta vaksin sənədi ilə bağlı CİNAYƏT İŞİ AÇILDIbackend

Bakıda xəstəxanada saxta vaksin sənədi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb.

Bu barədə KONKRET.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilən qanunsuzluqlar barədə daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*