Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildibackend

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*