Bakıda yeni park salınır – 38 milyon manatlıq LAYİHƏbackend

Bakıda yeni park salınır - 38 milyon manatlıq LAYİHƏ

Bakının Yasamal rayonunda yerləşən Mərkəzi Parkın davamı olaraq üç küçənin əhatəsində yeni parkın salınması üçün sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.

KONKRET.az xəbər verir ki, söhbət S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni parkdan və ətraf ərazilərin abadlaşdırma işlərindən gedir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən işlərin icrasının 38 000 000 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, sözügedən parkın layihəsini “Az.Arxitektura” şirkəti 1,43 milyon manata hazırlayıb.

Xatırladaq ki, paytaxtın simasını gözəlləşdirən Mərkəzi park 2019-cu ildə açılıb. /İqtisadiyyat.az

  • Hesen
    Dekabr 13, 2024 - 12:16

    Buyurun eziz müsteriler yasilasdirma isine bizimle görün memnun qalin
    Qara torpaq ve peyin satisi ile elaqedar her nov torpaq getirilir tam unvana tevil olunur müsterinin istelinen uygun torpaq gelir
    Tel:0773230551

Hesen üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*