Bakıda yerüstü üçüncü metro stansiyası bu tarixdə AÇILIRbackend

Bakıda yerüstü üçüncü metro stansiyası bu tarixdə AÇILIR

Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, yeni metro stansiyası “Dərnəgül” deposu ərazisində olacaq:

“Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*