Qərbi Azərbaycanda kəşfiyyat qərargahı bombalandıbackend

Qərbi Azərbaycanda kəşfiyyat qərargahı bombalandı

Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində SEPAH-ın kazarmaları və Piranşəhr kəşfiyyat qərargahı hədəfə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Bicar bölgəsi SEPAH-ın “Beyt əl-Müqqəddəs” qərargahı və “Həmzə Seyid əş-Şühəda” qərargahı iki dəfə dron hücumlarına məruz qalıb.

Mərivan şəhərində Başmaq sərhədi yaxınlığında yerləşən SEPAH qüvvələri də ABŞ-İsrail koalisiyasının dronlarından buraxılan üç raketlə vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*