Bakının Ziya Bünyadov prospektində yol polisi gənc oğlanı zorla YPX avtomobilinə salaraq aparıb.
KONKRET.AZ “Demokrat.az”a istinadla xəbər verir ki, YPX əməkdaşının bu hərəkətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən də aydın olur ki, 99-YP-266 dövlət nömrə nişanlı partul avtomobilində xidmət aparan əməkdaşlar güc tətbiq edərək gənci maşına əyləşdiriblər. Diqqət çəkən digər məqam, bunu görən kənar şəxslərin gəncə kömək etməməsi, məsələyə müdaxilə edərək niyə polislərin ona qarşı zor tətbiq etdiklərini aydınlaşdırmağa çalışmamalarıdı.
Sözügedən polislərin Nərimanov DYPŞ əməkdaşları olduğu deyilir.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.