Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıbbackend

Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb

Bakıdan Zaqatalaya gedən “Mersedes Bens VİTO” markalı mikroavtobus qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mersedes Bens VİTO” markalı, 99 SC 071 dövlət nömrə nişanlı mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.

Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*