Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə KONKRET.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonundakı mövcud qaz xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 14-də saat 11:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Qaz təchizatı dayandırılan müddətdə Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.