Bakının mərkəzində obyektləri su basdı — VİDEObackend

Bakının mərkəzində obyektləri su basdı — VİDEO 

Bakının mərkəzi küçələrindən birində yerləşən obyektləri su basıb.

KONKRET.az xəbər verir ki, Yasamal rayonu, İslam Səfərli küçəsində aparılan təmir işləri zamanı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları ehtiyatsızlıq nəticəsində kanalizasiya xəttini zədələyiblər. Nəticədə, sızma yaranıb və birinci mərtəbədəki obyektlərə su dolub.

Qurumdan verilən məlumata görə, qəza gecə saatlarında baş verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar problemi dərhal aradan qaldırıblar.

Ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*