Bakının mərkəzində tarixi binada tikilən 3-cü mərtəbə sökülürbackend

Bakının mərkəzində tarixi binada tikilən 3-cü mərtəbə sökülür

Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş tarixi-arxitektur binanın dam örtüyündə əlavə mansardın tikilməsi müəyyən edilib.

Bu barədə KONKRET.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, binanın sahibkarı tərəfindən tarixi abidədə mansardın tikilməsi struktur idarələr tərəfindən nəzarətə götürülüb və tikintinin qarşısı alınıb:

“Qanunsuz tikinti ilə bağlı sahibkara xəbərdarlıq edilib və tarixi binanın üzərində hər hansı tikintinin aparılmasının yolverilməz olduğu bildirilib. Artıq binanın damında inşa edilmiş konstruksiyaların sökülməsinə qərar verilib və söküntü işlərinə başlanılıb. Ərazi aidiyyəti qurumlar tərəfindən tam nəzarətə götürülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*