Bakıya toya gələn qohumlar qəzaya düşdülərbackend

Bakıya toya gələn qohumlar qəzaya düşdülər

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Yaralılardan 6-sı qadın, 1-i kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*