Balababa Rzayev cəzalandırıldı – ŞOKbackend

Balababa Rzayev cəzalandırıldı - ŞOK

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*