Metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr 15 manatdan 200 manata qaldırılır.
KONKRET.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə iki yüz manat məbləğində cərimə edilir.

Bu milləti ancaq bu yolla “dinə-imana” gətirmək olar.Bunu kücələrə zibil atanlara da şamil eləmək Avtomobildən zibilləri heyvan kimi çölə atırlar.Bir neçə dəfə irad bildirmişəm,az qala polislik olum.Adama elə cavab verirlər ki,gərək vurub mundar eləyəsən.Heç olmasa ,Süpürgəçilərin əziyyətini dəyərləndirsinlər
Dogru raziyam sizle her bir yerde tesdik olunmalı