Balakəndə ağır qəza – ölən və yaralananlar varbackend

Balakəndə ağır qəza - ölən və yaralananlar var

Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

KONKRET.az xəbər verir ki, nəticədə “VAZ-2106″nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106″da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*