Sumqayıtda 500 abonentin qazı kəsiləcəkbackend

Sumqayıtda 500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

KONKRET.az “Azəriqaz” İB Sumqayıt QİS-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*