Tramp BBC-ni məhkəməyə verdibackend

Tramp BBC-ni məhkəməyə verdi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” yayım korporasiyasını məhkəməyə verib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri azı 10 milyard dollar təzminat tələb edir.

Məlumata görə,Tramp “BBC”ni böhtan atmaqda və Florida ştatının “aldadıcı və qeyri-ədalətli ticarət təcrübələri” haqqında qanununu pozmaqda ittiham edir.

“Hər bir maddə üzrə Tramp ən azı 5 milyard dollar məbləğində təzminat, həmçinin faizlərin, məhkəmə xərclərinin, cərimələrin, vəkil xərclərinin və məhkəmənin məqsədəuyğun hesab edəcəyi digər ödənişlərin tutulmasını tələb edir”, – deyə xarici KİV-lər yazıb.

Bildirilir ki, “BBC”nin 6 yanvar 2021-ci ildə Trampın səsləndirdiyi çıxışın fraqmentlərini redaktə etməsi qəsdən və bəd niyyətlə həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*