Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil.
KONKRET.az xəbər verir ki, Balasanyan Xankəndidə qalacağını deyib.
“Mən 1959-cu il martın 5-də Qarabağda anadan olmuşam. Mən hələ də burada yaşayıram və burada yaşamağa davam edəcəm”, – deyə Balasanyan erməni mətbuatına deyib.
Azərbaycanın Qarabağ bölgəsini tərk edən hərbçilərə, keçmiş məmurlara və erməni millətindən olan sadə vətəndaşlara gəlincə, Balasanyan deyib:
“İndi bu barədə danışmayaq, qoy hər kəs özü qərar versin. Kim gedirsə gedir, qalanı qalır. Harada yaşayacağına hər kəs özü qərar verir, – deyə Balasanyan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Bu dığa cinayətkardır, tutulmalıdlr