Balasanyan Azərbaycan vətəndaşı olmaq istəyir: “Xankəndidə yaşamağa davam edəcəm”backend

Balasanyan Azərbaycan vətəndaşı olmaq istəyir: "Xankəndidə yaşamağa davam edəcəm

Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil.

KONKRET.az xəbər verir ki, Balasanyan Xankəndidə qalacağını deyib.

“Mən 1959-cu il martın 5-də Qarabağda anadan olmuşam. Mən hələ də burada yaşayıram və burada yaşamağa davam edəcəm”, – deyə Balasanyan erməni mətbuatına deyib.

Azərbaycanın Qarabağ bölgəsini tərk edən hərbçilərə, keçmiş məmurlara və erməni millətindən olan sadə vətəndaşlara gəlincə, Balasanyan deyib:

“İndi bu barədə danışmayaq, qoy hər kəs özü qərar versin. Kim gedirsə gedir, qalanı qalır. Harada yaşayacağına hər kəs özü qərar verir, – deyə Balasanyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

  • Nazim
    Sentyabr 25, 2023 - 23:41

    Bu dığa cinayətkardır, tutulmalıdlr

Nazim üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*