Balasanyanın hədələrindən qorxan Arutyunyan onu GERİ QAYTARIRbackend

Balasanyanın hədələrindən qorxan Arutyunyan onu GERİ QAYTARIR

“Arayik Arutyunyan Vitali Balasanyanı razı sala bilib”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Bizdə olan məlumata görə, “Arsax” “prezident”i Arayik Arutyunyan Vitali Balasanyanı razı sala bilib. Çox güman ki, yaxın günlərdə onu hərbi müşavir təyin edəcək və azərbaycanlılarla danışıqları davam etdirmək səlahiyyəti verəcək. Balasanyan əvvəllər bunu “təhlükəsizlik şurasının baş katibi” kimi edib.

Yada salaq ki, Balasanyanın vəzifədən kənarlaşdırılması məsələsini Ruben Vardanyan qaldırıb. Onun Qarabağın maraqlarını müdafiə edə bilməyəcəyini bildirib. Çünki o, danışıqlar aparan şəxs kimi Azərbaycanın tələblərini yerinə yetirməyə meyllidir.

Üstəlik, Vardanyan hesab edir ki, Azərbaycanla danışıqlar üçün ümumiyyətlə mövzu yoxdur. Bunu nadir hallarda etmək olar, çünki Azərbaycanın məqsədi danışıqlar yox, Qarabağa tam nəzarətə nail olmaqdır.

Arayik Arutyunyan Vitonu arenaya qaytararaq bir neçə məsələni həll edir. O, azərbaycanlılara danışıqların əleyhinə olmadığını, Paşinyana Ruben Vardanyan söz sahibi olmadığını göstərməyə çalışır. Vardanyanın istəyinin əksinə olaraq Balasanyan  geri qayıdır”, – deyə qəzet bildirib.

Məlumat üçün qeyd edək ki, Balasanyan Vardanyanın istəyi ilə “vəzifə”dən getməsini qəbul edə bilməyib və “dövlət naziri”nin Qarabağdan getməsini tələb edib. O, Vardanyan getməsə, onların “dövlətə xəyanət etdikləri barədə” bütün sirləri açacağı ilə hədələyib.

Görünür, sirlərin açılmasından qorxan Arayik Arutyunyan Balasanyanı “dilini dinc saxlamağa” razı sala bilib və onu geri qaytarır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*