“Bandotdel”dən ƏMƏLİYYAT: 1-i qadın olmaqla 3 nəfər tutuldu – VİDEObackend

"Bandotdel"dən ƏMƏLİYYAT: 1-i qadın olmaqla 3 nəfər tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

KONKRET.az xəbər verir ki,tədbirlərlə 36 yaşlı Aqşin Əmirov, 38 yaşlı Aida Nəbiyeva və 45 yaşlı Ramil Axundov saxlanılıblar. Onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb.

A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*