Bankda əmanət saxlayan şəxs vəfat etsə, pulun aqibəti necə olur? – HÜQUQi İZAHbackend

Bankda əmanət saxlayan şəxs vəfat etsə, pulun aqibəti necə olur? - HÜQUQi İZAH

Şəxs vəfat etdikdə onun bankdakı əmanətinin taleyi qanunvericiliklə müəyyən olunur.

Maraqlıdır, banka əmanət qoyan şəxs vəfat etdikdə, onun əmanətinin hüquqi taleyi necə müəyyən edilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, vərəsələr ya vəsiyyətnamə, ya da qanun üzrə vərəsəlik hüququ qazanırlar. Bu halda vərəsələr mərhumun qeydiyyatda olduğu ünvana yaxın notariusa müraciət edərək vərəsəlik işini açdırmalıdırlar:

Əkrəm Həsənov

“Əgər vərəsələrin əmanət barədə məlumatı varsa, onlar bununla bağlı notariusa məlumat verirlər. Notarius vərəsəlik şəhadətnaməsi təqdim etdikdən sonra vərəsələr həmin sənədlə banka yaxınlaşaraq öz paylarını götürə bilirlər. Məsələn, 1000 manat əmanət varsa və iki vərəsə müəyyən edilibsə, hər birinə 500 manat düşür”.

Ekspert əlavə edib ki, bir çox hallarda vərəsələr mərhumun hansı bankda əmanətinin olduğunu bilmirlər. Bu zaman notarius onların xahişi ilə banklara sorğu göndərir:

“Banklardan cavab alındıqdan sonra əmanətin hansı bankda olduğu müəyyənləşir və notarius bu məlumat əsasında vərəsəlik şəhadətnaməsi verir. Daha sonra vərəsələr həmin şəhadətnamə ilə banka müraciət edib əmanəti əldə edirlər”, – deyə Əkrəm Həsənov qeyd edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*