Bankda zamin durmaq istəyənlərin NƏZƏRİNƏ: Ancaq bu şəxslər müraciət edə bilər…backend

Bankda zamin durmaq istəyənlərin NƏZƏRİNƏ: Ancaq bu şəxslər müraciət edə bilər...

Banklardan kredit götürmək istəyən bir çox vətəndaşın ən çox qarşılaşdığı məsələ zaminlikdir. Lakin əksər hallarda insanlar bu prosesdə kimlərin zamin ola biləcəyi və hansı meyarların əsas götürüldüyü barədə dəqiq məlumata sahib olmur. Maraqlıdır, banklar vətəndaşları neçə yaşdan etibarən zamin kimi qəbul edir və zaminin kredit tarixçəsi bu qərara necə təsir göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, prinsip etibarı ilə 18 yaşına çatmış, yəni yetkinlik yaşına daxil olan hər bir şəxs zamin ola bilər.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Lakin ekspertin sözlərinə görə, praktikada zaminin yalnız yaş meyarına uyğun olması kifayət etmir:

“Əgər şəxsin sabit gəliri yoxdursa, böyük ehtimalla o, bank tərəfindən zamin kimi qəbul edilməyəcək. Çünki zaminin gəliri olmalıdır ki, borcalan ödəniş edə bilmədikdə öhdəlik onun üzərinə keçsin.”

Əkrəm Həsənov əlavə edib ki, zaminin kredit tarixçəsi də mühüm amildir. Əgər zaminin əvvəllər gecikmiş və ya problemli kreditləri olubsa, bank bu şəxsi etibarlı hesab etməyə bilər:

“Zaminin kredit tarixçəsi onun qəbul olunmasına birbaşa təsir edir. Pozitiv kredit tarixi olan şəxslər banklar üçün daha etibarlı sayılır.”

Beləliklə, banklar üçün əsas meyar yalnız yaş deyil, həm də gəlir səviyyəsi və kredit intizamıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*