“Barselona”dan inanılmaz Haland həmləsibackend

“Barselona”dan inanılmaz Haland həmləsi

İspaniyanın “Barselona” klubu “Mançester Siti”nin ulduz forvardı Erlinq Halandı transfer etmək niyyətindədir. 24 yaşlı hücumçunun kataloniyalılara keçidə müsbət yanaşdığı bildirilir. 

KONKRET.az xəbər verir ki, İngiltərə klubu ilə danışıqlara başlayan “Barselona” rəhbərliyi transferin reallaşmasında israrlıdır. Robert Levandovskinin 36 yaşına çatması klubu yeni hücumçu axtarışına sövq edib.

Qeyd edək ki, Erlinq Halandın hazırki bazar dəyəri 200 milyon avrodur. O, bu sezon komandası ilə çıxdığı 8 oyunda 11 qolla yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*