Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərin maaşı artacaqbackend

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərin maaşı artacaq

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Həmin qərarla “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunub ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Süsən İsmayılova
    Aprel 20, 2025 - 23:00

    Əli Əsədov-un milli məclisdəki çıxışına baxdım. Cümləni düz əməlli danışıb axıra çatdıra bilmədi. Onu verdiyi qərardan qalsın. Qocaldığını aşkar görünür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*