Baş Prokurorluq yazılanları təkzib etdi – RƏSMİbackend

Baş Prokurorluq yazılanları təkzib etdi - RƏSMİ

Baş Prokurorluğun mətbuat xidməti haqqın.az saytında dərc olunan “Помощник прокурора Апшерона на общественных началах оказался мошенником. Но суд не отправил его в тюрьму” başlıqlı məqalə ilə əlaqədar təkzib yayıb.

KONKRET.az xəbər verir ki, təkzibdə deyilir ki, prokurorluq orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş, süni şəkildə ictimaiyyətin marağını cəlb etmək məqsədilə hazırlanmış məqalədə əksini tapmış məlumatlar həqiqətə uyğun deyil: “Bildiririk ki, Elbrus Əliyev prokurorluq orqanlarından son yaş həddi ilə 07.02.2007-ci il tarixdə təqaüdə çıxmaqla, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər hansı əlaqəsi olmayıb”.

Həmçinin qeyd olunur ki, Elbrus Əliyevin Abşeron rayon prokurorluğunda ictimai əsaslarla çalışdığını bildirməsi onun dələduzluq cinayətini törətmək üçün insanların etibarını qazanmaq üsulu kimi seçilib. Lakin təəssüflər olsun ki, məlumatlar rəsmi dövlət qurumu ilə dəqiqləşdirilmədən ictimailəşdirilib.

Eyni zamanda məqalədə Abşeron rayon prokurorluğunun lövhəsinin fotosu yer alsa da, qeyd olunan cinayət hadisəsi ilə həmin rayon prokurorluğunun hər hansı əlaqəsi olmayıb.

“Prokurorluq orqanları tərəfindən bu kimi provokativ və neqativ hallara yol vermiş media qurumlarının barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək”,- məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*