Başkənd və ya digər ərazilər üçün hərbi əməliyyat keçirmək niyyətimiz yoxdur.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən bildirib.
Paşinyan vurğulayıb ki, keçən ilin oktyabrında ölkənin Milli Məclisi tərəfindən təsdiqlənmiş sənəd Ermənistan və Azərbaycan arasında imzalanıb və hazırda hər iki ölkədə ən yüksək hüquqi dəyərə malikdir.
“Biz Başkənd və ya başqa bir yer üçün hərbi əməliyyat keçirməyəcəyik. Buna ehtiyac yoxdur. Keçən ilin oktyabr ayında Milli Məclis Ermənistan və Azərbaycan arasında imzalanan və hazırda hər iki ölkədə ən yüksək hüquqi dəyərə malik olan sənədi təsdiqlənib,” – deyə Paşinyan əlavə edib.
