Səhvən başqasının kartına pul köçürmüsünüzsə, mütləq bu addımı atın, əks halda…backend

Səhvən başqasının kartına pul köçürmüsünüzsə, mütləq bu addımı atın, əks halda...

Azərbaycanda bəzən vətəndaşlar diqqətsizlik nəticəsində səhvən başqa bir şəxsin hesabına pul köçürürlər. Belə hallarda vəsaitin geri qaytarılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu halda vəsaiti geri almaq mümkündür, lakin proses müəyyən qədər çətinliklərlə müşayiət olunur:

“Əgər səhvən kiminsə hesabına kartdan-karta pul köçürülübsə, vəsaiti geri almaq mümkündür. Bunun üçün vətəndaş ilk növbədə öz bankına müraciət etməlidir və bildirməlidir ki, köçürmə səhvən baş verib. Daha sonra onun bankı, əgər vəsait eyni bankda deyilsə, alan tərəfin bankına müraciət etməlidir.”

Ekspertin sözlərinə görə, alan şəxsin bankı müştərisinə məlumat verir ki, hesabına səhvən pul köçürülüb:

Əkrəm Həsənov: "Əgər xalqın maraqları əsasdırsa, qanun layihələri açıq  olmalıdır"

“Əgər həmin şəxs razılıq verərsə, komissiya haqqı çıxılmaqla vəsait geri qaytarılır. Amma əgər o, “səhv yoxdur” deyib pulu qaytarmaqdan imtina edərsə, vətəndaş yalnız məhkəmə yolu ilə vəsaitini geri ala bilər.”

Əkrəm Həsənov qeyd edib ki, belə hallarda məhkəməyə ilk növbədə alan tərəfin bankına qarşı müraciət edilməlidir:

“Çünki bank müştərinin şəxsiyyətini açıqlaya bilməz. Bu, bank sirridir. Məhkəmə qərarı əsasında bank həmin şəxsin kimliyini açıqlayır, daha sonra məhkəmə onu çağıraraq, hansı əsasla pulu qaytarmadığını araşdırır və qərar qəbul edir.”

Ekspert vətəndaşlara tövsiyə edib ki, köçürmə əməliyyatlarını həyata keçirərkən kart nömrəsini diqqətlə yoxlasınlar ki, belə hallarla üzləşməsinlər.

Aynurə İsmayıl
KONKRET.az

  • Tərlan
    Noyabr 9, 2025 - 00:36

    Mən səndən atmışam milyon vasitəsi ilə getdim banka ban nə zəng vurdu qarşı tərəfə nədə mənə köməklik etdi göndərdi polisə dedi yalnız polis baxır bu işə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*