“Başqasının kişisindən uşaq dünyaya gətirənlər, qucaqlarda gəzənlər…” – VİDEObackend

"Başqasının kişisindən uşaq dünyaya gətirənlər, qucaqlarda gəzənlər..." - VİDEO

“Atalar sözü var: “İtə sahibinə görə hörmət edərlər”. Deyəsən, yağışlar yağıb, çatlaqlar örtülüb”.

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə yazıb. İfaçı bir neçə gün əvvəl Elton Hüseynəliyev və Xəyyam Nisanovun fəxri ad almasına sərt reaksiya vermişdi. Sənətçi onun bu çıxışı haqda danışan həmkarlarına sərt cavab verib:

“Sənətim və zəhmətim haqda danışan axırıncı adamcıqlarsınız. Evyıxanlar, başqasının kişisindən uşaq dünyaya gətirənlər və sair… Bu həyatda hər şeyə tək başına nail olmuşam. Arxamda Allahdan başqa heç kim olmayıb. Kiminsə hesabına Nadir Qafarzadə olmamışam. Xalqım və Allahım sağ olsun. Sevənlərimə minnətdaram. Bu günümə şükür. Fəxri ad davası etmirəm, haqq-ədalət davası edirəm. Bu mənim haqqımdır. Buna təkbaşına mübarizə deyirlər. Əslində söz vermişdim ki, danışmayacağam, gördüm susduqca it kimi diş atırsınız”.

N.Qafarzadə paylaşdığı videoda isə bunları deyib:

“Ömürboyu kiçiklər danışıb, böyüklər isə danışılıb. Kiçiklər, özündən bixəbərlər mənim haqqımda danışırlar. Guya söz atır mənim bostanıma. Özünüzdən soruşun ki, “Siz kimsiz? Sənətə necə, hansı yollarla gəlmisiniz?” Qucaqlarda gəzənlər, bədənlərini nümayiş etdirənlər, bədən hesabına sənətkar olanlar… Siz kimə söz atırsınız, mənə? Gedin qanqal otlayın, qucaqlar sizi gözləyir. Yadınızdan çıxıb, deyəsən, keçmişiniz, unutmusunuz? Çox şeyi yada sala bilərəm, nələr deyə bilərəm. Sadəcə, mən abırlı insanam”.

Qeyd edək ki, ötən gün rəqqasə Fatimə Fətəliyeva “Səhər mərkəzi” verilişində ad çəkmədən Nadir Qafarzadəyə söz atmışdı.

  • Faiq
    Oktyabr 20, 2021 - 22:53

    Bu həmin Qafarzadə ki Xocalı genosid olan 26 fevral İsraildə toyda oxuyurdu və sonra üzr istədi millətdən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*