Bayden ABŞ-da pandemiyanın sona çatdığını ELAN ETDİbackend

Bayden ABŞ-da pandemiyanın sona çatdığını ELAN ETDİ

ABŞ-da koronavirus pandemiyası bitib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden “CBSə müsahibəsində bildirib.

O qeyd edib ki, COVID-19 ilə bağlı problemlər hələ də qalmaqdadır və səlahiyyətlilər bunun üzərində işləyirlər.

“Pandemiya bitdi. Covid ilə hələ də problemimiz var. Biz hələ də bunun üzərində çox işləyirik. Diqqət etsəniz, heç kim maska ​​taxmır “, – Bayden deyib.

Qeyd edək ki, ABŞ-da son bir həftə ərzində gündə orta hesabla 60 minə yaxın koronavirus infeksiyası aşkar edilib. Bu, avqustun ortaları ilə müqayisədə iki dəfə azdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*