Bayden: “ABŞ Tayvanı müdafiə etmək üçün güc tətbiq etməyə hazırdır”backend

Bayden: "ABŞ Tayvanı müdafiə etmək üçün güc tətbiq etməyə hazırdır"

“Çindən genişmiqyaslı hücum olacağı təqdirdə ABŞ ordusu Tayvanı müdafiə edəcək”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden “CBS News” telekanalına müsahibəsində deyib.

Eyni zamanda Bayden bildirib ki, Birləşmiş Ştatlar imzalanmış sənədlərə uyğun olaraq öhdəliklərə əməl edir və Tayvanın müstəqilliyi ideyasını dəstəkləmir.

Qeyd edək ki, Tayvan məsələsi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Çinin öz ərazisi hesab etdiyi adaya səfəri fonunda kəskinləşib. Pekin Pelosi və ailəsinə qarşı sanksiyalar tətbiq edib və bir sıra məsələlərdə ABŞ-la əməkdaşlığı dayandırıb. ÇXR müxtəlif ölkələrin rəsmi nümayəndə heyətlərinin Tayvana səfərlərini onun suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*