ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, tərəflər İsveçin NATO-ya qəbul prosesini və gələcək təmasları müzakirə ediblər.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: “Prezident Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Onlar NATO-nun gücləndirilməsinin vacibliyini, o cümlədən İsveçin müttəfiq kimi tezliklə qəbul edilməsinin və Türkiyənin NATO strukturlarına inteqrasiya səviyyəsinin daha da artırılmasının vacibliyini müzakirə ediblər. Həmçinin 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində sıx təmasların davam etdirilməsi barədə razılığa gəlinib”, – deyə məlumatda deyilir.
Liderlər həmçinin Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağına humanitar yardımın artırılması və mülki şəxslərin müdafiəsi üzrə tədbirləri, həmçinin fələstinlilər üçün mümkün siyasi perspektivləri müzakirə ediblər.
Vəli Həsənov,
KONKRET.az