ABŞ prezidenti Co Bayden Konqresi Ukraynaya yardımda gecikməməyə çağırıb.
KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik”, – Bayden deyib.
Bayden Konqresi yardım paketini mümkün qədər tez müzakirə etməyə çağırıb.
“Hər iki partiyanın böyük əksəriyyəti, Senat və Nümayəndələr Palatası – Ukraynaya yardımı dəstəkləyir. “Oyun oynamağı dayandırın, yardım paketini təsdiq edin”, – ABŞ prezidenti bildirib.
Məlumata görə, müharibə davam etdikcə Ukraynaya yardımın Konqresdə təsdiqlənməsi getdikcə çətinləşir. Respublikaçıların yardıma qarşı müqaviməti güclənir və ifrat sağçıların müqaviməti nəzərə alınmaqla növbəti addımlar hələ qarşıdadır.
Ariz Həsənoğlu,
KONKRET.az