“Bayer”ə yeni baş məşqçi təyin edildibackend

“Bayer”ə yeni baş məşqçi təyin edildi

İspaniyanın 2010-cu il dünya çempionatının çempionu Xabi Alonso Leverkuzen Bayer klubunun baş məşqçisi olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Bayer”in mətbuat xidməti məlumat yayıb.

“Bayer Leverkuzen”in sabiq baş məşqçisi Xerardo Seoane ilə müqaviləyə xitam verdiyi bildirilir. 40 yaşlı Alonso ilə müqavilə 2024-cü il iyunun 30-na kimi nəzərdə tutulub.

“Biz uzun illər Avropanın ən tələbkar üç liqasında dünya səviyyəli peşəkar, ağıllı strateq və son dərəcə uğurlu oyunçu olan məşqçi ilə müqavilə imzaladıq” deyə klubun idman direktoru Simon Rolfes bildirib.

Alonso onu da qeyd edib ki, o, Almaniyada olduğu vaxtdan “Bayer”i böyük klub kimi tanıyır.

“”Bayer”də həmişə əla oyunçular olub və indiki heyətdə çoxlu yaxşı oyunçular görürəm. Mövcud çətin vəziyyətə baxmayaraq, qarşıya qoyduğumuz prinsipial və iddialı məqsədlərimiz var, bu vəzifə məni çox həyəcanlandırır və əminəm ki, biz bu tələblərə cavab verəcəyik”.

Futbolçu kimi Alonso İspaniyanın “Real Sosyedad”, “Eybar” və “Real Madrid”, İngiltərənin “Liverpul” və Almaniyanın “Bavariya” klublarında oynayıb, iki dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun qalibi olub. İspaniya millisinin tərkibində Alonso ikiqat Avropa çempionu (2008, 2012) və dünya çempionu (2010) olub. Məşqçi kimi ispaniyalı “Real Madrid”in gənclər komandasına (14 yaşa qədər futbolçular) rəhbərlik edib, eyni zamanda Real Sosyedadın əvəzedici komandasının baş məşqçisi olub.

“Bayer” 8 oyunda 5 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində sondan əvvəlki, 17-ci yeri tutur. Çempionlar Liqasında Leverkuzen 3 oyundan sonra 3 xalla B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ölkə çempionatının növbəti oyununda “Bayer” oktyabrın 8-də “Şalke” ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*