Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkbackend

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

31 dekabr 2019 – 6 yanvar 2020-ci il tarixlərində bayram günləri ərzində bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bayram günlərində ölkədə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Qeyd olunub ki, bayram günlərində Mərkəzi Bank tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*