Bayram günlərində baş verən yol qəzalarında 40-dan çox adam ölübbackend

Bayram günlərində baş verən yol qəzalarında 40-dan çox adam ölüb

Türkiyə Qurban bayramı günlərində baş verən yol qəzalarında 40-dan çox insan ölüb, 6 300-dən çox insan yaralanıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

“Qurban bayramı günlərində (5-9 iyun) 3 913 yol-nəqliyyat hadisəsi baş verib ki, bu qəzalarda 44 vətəndaş hadisə yerində ölüb, 6 370 nəfər isə xəsarət alıb”, – nazir qeyd edib. O vurğulayıb ki, hadisələrin yarısında ölümə səbəb sürət həddinin aşması olub.

Qeyd edək ki, A.Yerlikaya Qurban bayramının ilk üç günündə 26 nəfərin yol qəzalarının qurbanı olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*