Dünya ŞOKDA: İran şahının nəvəsi görün kiminlə evləndi – FOTOLARbackend

Dünya ŞOKDA: İran şahının nəvəsi görün kiminlə evləndi - FOTOLAR

İran şahının nəvəsi yəhudi iş adamı ilə evlənir.

KONKRET.az xəbər verir ki, İranın sonuncu şahının nəvəsi İman Pəhləvi bir müddət əvvəl Nyu-Yorkda keçirilən şəxsi toy mərasimindən sonra yəhudi əsilli amerikalı iş adamı Bredli Şermanla Parisdə evlənib.

Cütlük nikahlarını keçən ay Nyu Yorkdakı Manhetten Evlilik Reyestrində rəsmi olaraq qeydiyyatdan keçirib. Onların rəsmi toyunda yalnız yaxın ailə üzvləri, o cümlədən İmanın atası, İranın keçmiş vəliəhdi Rza Pəhləvi iştirak edib. Bununla belə, Nyu-Yorkdakı şəxsi şənlikdən sonra İman və Bredli Parisdə dostları və ailəsi üçün dəbdəbəli toy ediblər.

Qeyd edək ki,şənlik ötən həftə sonu keçirilib və şahın dul arvadı Fərəh Pəhləvi və gəlinin bacıları Nur və Fərəh də daxil olmaqla İran kral ailəsinin üzvlərini bir araya gətirib.

Cütlük Nyu Yorkda yaşayır. 31 yaşlı İman Pəhləvi “American Express”də işləyir, əri isə “Matternet” dron çatdırılması şirkətində tərəfdaşlıq rəhbəridir.

Sosial mediada yayımlanan görüntülərdə yəhudilərin toylarında adi bir ənənə olan bəylə gəlinin hora rəqsi əks olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*