Bayraqsız qalan Arutyunyan…backend

Bayraqsız qalan Arutyunyan...

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçmiş qondarma rejimin başçısı Arayik Arutunyanla görüşdə qondarma qurumun bayrağı qoyulmayıb. Bundan əvvəlki Pasinyan və Arutyunyan görüşlərində  qondarma rejimin bayrağı Ermənistanın bayrağı ilə yanaşı qoyulurdu. Bu kimi görüşlərdə hər iki bayrağın qoyulması protokola salınırdı. Tərəflər iki ölkənin lideri kimi görüş keçirirdi.

Artıq yeni reallıq ortadadır və Azərbaycan belə bir qurumu ləğv etdi. Ermənistan Baş naziri N.Paşinyan sözdə “Arstax prezidenti” səsləndirsə də, artıq belə bir qurumu qeyri-rəsmi də qəbul etmir. Məhz bayrağın qoyulmaması bunun bariz nümunəsidir.

Paşinyan razılaşmalara əməl etmək məcburiyyətindədir. Və bununla ermənilərə mesaj verir ki, “Artsax” deyilən qondarma qurum yoxdur. Sadəcə A.Arutyunyanla görüşündə infrastrukturun bərpası və digər məsələlər müzakirə edilib. Danışıqlardan da aydın görünür ki, Arayik artıq yolun sonuna gəldiyinin fərqindədir. Kəlbəcər və Laçın azad edildikdən sonra A.Aratyunyanin Xankəndində olması heç nəyi dəyişməyəcək.

Azərbaycanın ərazisində ikinci bir dövlət yaradılmasına Azərbaycan icazə vermədi. Ermənistan da artıq belə bir qurumun bayrağını rəsmi protokoldan çıxardı. Görünür, məcburən Paşinyan razılaşmalara əməl etməklə, bu görüşdə qondarma bayraqdan imtina etməklə prosesləri gərginləşdirməmək mövqeyini ortaya qoyur.

Məhəmməd Əsədullazadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*