BDU-da tələbələr etiraz aksiyası keçirdi: Binadan plakat asdılar – FOTObackend

BDU-da tələbələr etiraz aksiyası keçirdi: Binadan plakat asdılar - FOTO

Bu gün Bakı Dövlət Universitetində bir qrup tələbə aksiya keçirib.

KONKRET.AZ xəbər verir ki, onlar ali təhsil müəssisəsinin 2 saylı korpusunda “Pulsuz təhsil” şüarlı plakat asıblar.

Sosial mediada paylaşılan foto birmənalı qarşılanmayıb. Bəzi şəxslər universitetdə rüşvətin olmadığını, bəziləri isə müəllimlərdən qiymət almaq üçün pul verildiyini bildiriblər.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neft-qaz ölkəsində vətəndaşlar üçün ödənişli təhsilin olmasını qınayıblar.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetindən açıqlama almaq mümkün olmayıb.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*