“Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşovsa dərin düşüncələrə qərq olub” – deputatdan SƏRT İRADbackend

"Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşovsa dərin düşüncələrə qərq olub" - deputatdan SƏRT İRAD

“Space TV-nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahat aparacaq. Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə üstünlük verdi”.

KONKRET.az xəbər verir ki, millət vəkili Etibar Əliyev Space telekanalının fəaliyyətini tənqid edib.

O, kanalın yeni rəhbərliyinin maarifləndirmə işində heç bir iş görmədiyini, əksinə, efirə nüfuzsuz və savadsız şəxsləri çıxardığını bildirib:

“Yəqin ki, yaxın günlərdə İ.Mirzəyev əlifbasını bilmədiyi “Psixologiya” elmini yenə də məsxərəyə qoyacaq, “darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın, stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək. Belə adamları danışdırmaqdansa, cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır”.

Millət vəkili köhnə “KVN”çilərə qarşı da iradlar səsləndirib:

“Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. “Fil həkimi” məşhur sufi pritçasını oxusanız məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*