Belarus Londondakı səfirini GERİ ÇAĞIRDIbackend

Belarus Londondakı səfirini GERİ ÇAĞIRDI

Belarusun Böyük Britaniyadakı səfiri bu ölkə ilə tam dialoq apara bilmədiyi üçün Minskə geri çağırılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyindən bildirilib.

“Ölkəmizin Londondakı diplomatik missiyasının statusunu müvəqqəti işlər vəkili səviyyəsinə endirdik. Bu qərar Britaniyadakı səfirimizin geri çağırılmasından sonra qəbul edilib”, –  Belarus XİN-in mətbuat katibi Anatoli Qlazdan deyib.

O qeyd edib ki, Belarus iqtisadiyyatına qarşı sanksiyaların tətbiqi, aviareyslərə əsassız qadağalar, vizaların verilməsindən imtina və digər qeyri-qanuni məhdudlaşdırıcı tədbirlər indiki mərhələdə dialoqa imkan vermir.

“Belarus səfirinin geri çağırılması Minskin Londonla digər əlaqələrin kəsilməsi anlamına gəlmir”, – Belarus XİN əlavə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*