Belarus MN-dən Ermənistanla bağlı ÇAĞIRIŞbackend

Belarus MN-dən Ermənistanla bağlı ÇAĞIRIŞ

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin silahlı qüvvələri mövcud planlar üzrə işləyir, Ermənistanın təşkilatda iştirakı məsələlərinə dair nəticə çıxarmaq hələ tezdir”.

KONKRET.az xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.

“KTMT çərçivəsində əməkdaşlığa gəlincə. Məncə, nəticə çıxarmaq tezdir. Siyasi bəyanatlar ayrıdır, silahlı qüvvələr arasında bu gün mövcud olan münasibətlər ayrı – bizim planlarımız var, biz bu planlar üzrə işləyirik”, – deyə o, STV telekanalında bildirib.

O, siyasi bəyanatları bir kənara qoyub əməkdaşlığı inkişaf etdirməyə çağırıb:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hazırkı tərəfdaşımız Ermənistanla əməkdaşlığı inkişaf etdirəcəyik”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24”ə açıqlamasında Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Bu açıqlama Rusiyanın dərhal reaksiyasına səbəb olub. Kreml İrəvandan bu fikirlərə izahat verilməsini tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*